Bədən funksiyanının təşkil edilməsində və davamlılığında əhəmiyyətli rol oynayarlar. Yağda və suda əriyənlər olmaq üzrə ikiyə ayrılarlar.
Yağda əriyənlər A - D - E - K bədəndə depolandığı üçün hər gün götürməyə ehtiyac yoxdur. Suda əriyənlər B - C isə depolanmazlar, çoxu çölə atılir. Hər gün alınması lazımdır.
Vitaminlərin vəzifələri
A VİTAMİNİ Uşaqların böyüməsinə köməkçi olar. Yanğılara qarşı bədənin müqavimətini təmin edər. Gözü qoruyar, bəsləyər və yaxşı işini zəmanət altına alar Tapıldığı qidalardan bəziləri belədir: Süd, qoyun əti, yumurta, balıq, dana əti, toyuq əti və ov heyvanlarının əti, badımcan, kərə yağı, kök, kələm, xurma, ispanaq, çörək, çiyələk, təzə paxla, mərcimək, portağal, cəfəri, armud, alma, kartof və pomidor.
B(1) VİTAMİNİ İnkişafı təmin edər, həzmi asanlaşdırar. Meyvə şəkərlərinin assimilyasiya edilməsinə köməkçi olar. Sekresiya vəzlərinin fəaliyyətini artırar. Bu qidalarda tapılar: Süd, təzə tərəvəzlər, mərcimək, pivə mayası, qoyun əti, fındıq, qoz, yumurta, portağal, çörək, noxud, balıq, dana əti, kəpək, quzu əti, mal əti, banan, kök, şabalıd, kələm, un.
B(2) VİTAMİNİ Şəkərin assimilyasiya edilməsini təmin edər. Sinir sistemini nizama salar. Tənəffüs sisteminin işinə köməkçi olar. Bu qidalarda tapılar: Süd, pendir, təzə və quru tərəvəzlər, pivə mayası, qoyun əti, yumurta, qoz, fındıq, çörək, balıq, kartof, dana əti, xiyar, badam, mal əti, un.
B(6) VİTAMİNİ Qaraciyərin dostudur. Sinir sistemini nizama salar. Dərinin parlaqlığı və gərginliyini təmin edər. Bu qidalarda tapılar: ət, süd, pivə mayası, qoyun əti, yumurta, portağal, armud, noxud, dana əti, yaşıl xiyarlar, banan, kələm, ispanaq, qaraciyər, çörək, təzə və quru paxla.
C VİTAMİNİ Sümüklərin və dişlərin inkişafını təmin edər. Böyüməyə və inkişafa köməkçi olar. Qanı zəhərlərdən təmizləyər. Təzyiqi salar. Qandakı şəkər miqdarını azaldar. Böyreküstü vəzlərinin işini artıraraq kişinin kişilik gücünü davam etdirməsini təmin edər. Orqanizmi qrip, soyuqdəymə kimi xəstəliklərə qarşı müqavimətli edər.
D VİTAMİNİ Sümükləşməyi təmin edər. Qandakı fosfor və kalsium miqdarını yüksəldər. Bu qidalarda tapılar: Sosiska, balıq və su məhsulları, kərə yağı, pendir, süd.
E VİTAMİNİ Bədənimiz üçün həyati əhəmiyyət daşıyan E vitamini yağda əriyən vitamin növlərindəndir. İstiliyə və sıx bişirməyə qarşı dayanıqlıdır. Göz sağlamlığı üçün həyati əhəmiyyət daşıyar. Bədənə alınan ağır metallar, zəhərli mürəkkəblər, radiasiya və bəzi dərmanların yaratdığı toksinlere qarşı qoruma təmin edər. Viruslardan qaynaqlanan xəstəliklərə qarşı bədənin müqavimətini yüksəldər. İmmunitet sistemi üçün əhəmiyyətli vitaminlərdən biridir. E vitamininin yaşlanmağa bağlı yaddaş itkinlərinin önlənməsində müsbət təsiri olduğunu sübut etmişdir. Ayrıca yaşlanmağa qarşı qoruyucu təsiri də tapılır. Toksin maddələrin bədəndə yaratdığı təxribatı da azaltdığı ortaya çıxmışdır. Qırmızı qan hüceyrələrinin sağlam inkişafı və çoxalması üçün lazımlıdır. Ürəyə faydalı olan HDL kolesterol nisbətini yüksəldib, zərərli olan LDL kolesterolunu azaldar. Qandakı kolesterol nisbətini tarazlığa salar. Əzələlər və dəri sağlamlığı üçün də əhəmiyyətli bir vitamindir. Hava çirkliliyindən ötəri ağciyərdə və ağızda yaranan mənfi təsiri azaldar. İnfarktına, xərçəngə, Alzheimerə, katarakta qarşı qoruyuculuğu olduğu üzərində ciddi məlumatlar toplansa da, hələ bu mövzudakı faydalan sübut edilməmişdir. Buğda, düyü,qarğıdalı kahı, yerfıstığı, balqabaq nüvəs(n)i, badam, qoz, zeytunyağı, ayçiçek yağı, qarğıdalı yağı, və yaşıl tərəvəzlərdə bol miqdarda ve s...
|