Bəzi hallarda islam şəriətində yalan danışmağa icazə verilib. Hətta bəzi hallarda yalan danışmaq vacib olur. Məsələn; bir insan başqa bir insanı öldürmək istədikdə onun yerini səndən soruşarsa onun yerini bildiyin halda yalandan bilmirəm demək vacibdir. O hallarda yalan danışan şəxs günah qazanmır. Ancaq müsəlman bacardığı qədər yalan danışmaqdan uzaq olmalıdır. Çünki bu pis adətə alışan kəs üçün sonradan onu tərk etmək çox çətin olur. Ummu Külsüm bintu Uqbəh (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "İnsanların arasını düzəltmək üçün yaxud xeyir söyləyən yalançı deyildir”.Ummu Kulsim demişdir (Allah ondan razı olsun) : Peyğəmbərin üç şeydən başqa insanlara yalan danışmağı güzəştə getdiyini görməmişəm; döyüşdə düşmənə, insanların arasında islah etmək üçün, kişinin öz qadınına və qadının öz ərinə danışdığı yalan”.
|