Çox zaman qarşımıza elə böyük sınaqlar çıxır ki, bəlkədə dözə bilmirik.Çox vaxtda ALLAHA naşükür düşürük!Düşünmürük ki, sınağı, çətinliyi qarşımıza qoyan RƏBBİM sebrde verir.Axi səbr hər bir dərdin dərmanıdır.bunları düşünməyərərk addımlayırıq və özümüz-özümüzü sınağın ən çətin hissəsinə gətiririk.Məncə hər yaşın özünə görə sınaqları var! 18 yaşında olan insan 16 yaşdakı insanın keçdiyi sınaqları artıq keçmiş olur! Düzdü hər insan eyni sınaqlarla üzləşmır!Bunlar müxtəlif olur.Kimi az yaşından valideynini itirir.Həyatda ən çətin sınağı onlar yaşayır məncə.Amma yenədə RƏBBİM onlara dözüm verir,sebr verir.Üsyan eləməklerinə icazə vermir!Çoxumuzuda dostluqla, sevgilə, insanlıqla, mehriban olub-olamasıilə və s.sınağa çəkir RƏBBİM! Bu sınaqlarda qarşımıza hər çətinlik çıxdıqca birdə o səhvi eləməyəcəyimizi deyirik və çoxumuzda buna əməl edirik. Çünki düşünürük "İNSAN BİR YOLU KEÇƏRKƏN AYAĞI SÜRÜŞÜB ÇUXURA DÜŞÜRSƏ, 2-Cİ DƏFƏ O YOLDAN KEÇƏNDƏ HƏMİN YERDƏ ÇOX EHTİYYATLİ OLUR Kİ, O ÇUXURA BİRDƏ DÜŞMƏSİN VƏ BUNADA NAİL OLUR!”
Bizlər həmişə tək tərəfli düşünürük.Yəni
QIZLAR:ancaq qızların əzab çəkdiyin düşünür.Düşünür ki, oğlan üçün hər şey boşdur, gün keçirməkdir.Ancaq fikirləşmirik ki, onlarda insandı və eyni yaşdayıqsa, eyni çətinlikli sınaqları onlarda keçir.Sadəcə birüzə vermir və ya bizlər hiss etmirik.
OĞLANLARDA həmçinin.Qızlar barəsində ele düşünürlər.Mencə bu düzgün deyil…
Axı hamımız insanıq, hamımızın duyğuları var…Ona görədə tək tərərfli fikirləşmək lazım deyil…
Çünki RƏBBİM hər yaşa uyğun,oğlan və ya qız olmağından asılı olmayaraq, hər insanı eyni çətinlikli sınaqlarla üzləşdirir.Biz istəsəkdə, istəmsəkdə bu belədi…belə olub…belədə olacaq…