Главная » 2010 » Март » 4 » Saldı üzərimə barmaqlıqları Həbs etdi zülmətə, yaman Ayrılıq!
04:22 Saldı üzərimə barmaqlıqları Həbs etdi zülmətə, yaman Ayrılıq! |
Saldı üzərimə barmaqlıqları Həbs etdi zülmətə, yaman Ayrılıq! O, susdu, mən susdum, dindi intizar... Eşq uçurumundan atan Ayrılıq!
Bir qiyam qopartdım, fəryad eylədim, Azalmaq yerinə çoxaldı dərdim. Torpağa kök saldım, ucaldı qəmim. Ayağımı yerdən alan Ayrılıq!
Kabusmu, gerçəkmi?! Bilmək olmayır Ürək necə atır. necə yaşayır?! Ölmək ki, asandır, yaşamaq ağır, Yaşaraq öldürüb, gülən Ayrılıq!
Ömür yollarıma körpülər saldım Yolçu çıxıb getdi çarəsiz qaldım. Sevgimlə uca bir bina qaldırdım Bir baxdım yox olub, sökən Ayrılıq!
Qoca bir qartalam, məskənim dağlar, Təbrizim, Dərbəndim gözümdə ağlar, İrəvan, Kərküküm məni axtarar, Köksümə dumanı çəkən - Ayrılıq!
|
Категория: Seirler |
Просмотров: 536 |
Добавил: _ADMINKA_
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|