Prezident İlham Əliyev ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börnsin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börnsin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğuladı və bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminlik ifadə etdi. Prezident İlham Əliyev Uilyam Börnsin ölkəmizə səfərinin Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı və əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börns ölkəsinin Azərbaycan ilə münasibətlərə çox böyük əhəmiyyət verdiyini vurğuladı və ABŞ-ın bu münasibətləri daha da möhkəmləndirmək əzmində olduğunu dedi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı
|