Hz.Muhəmməd: "Mənim dinim 72 yerə parçalanacaq..." Əlindəki hasa ilə düz xətt cızıb bu mənim yolumdur,
onunda ətrafında müxtəlif qol budaqlar cəkərək bunlar isə mənim yolumdan çıxanlardır deyə buyurmuşdur.
Məzhəblərə bölünən İslamda müxtəlif məsələlərdə ixtilaf yaransada Namazın fərz əməlləri isə dəyişməz olaraq
qalmaqdadır.
Namaz 5 vaxt olmaqla müəyyən vaxtlarda bizə vacib edilmişdir. Necə ki Allahu Təala Müqəddəs Quranda buyurur: "...Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir." (Nisa, 103). Namaz dinin sütunudur.Meracda insanlara fərz olaraq əmr olunmuşdur. 50 namaz olsada Peyğəmbərin xahişi ilə 5
namaza salınmışdır. Namaz fərz əməllərdən ibarətdir. Əgər onun fərz əməllərindən biri olmasa həmin namaz
düzgün olmaz. Bu rükunlar aşağdakılardır:
1 - Təkbirətul ihram: Hz.Əli Pəyğəmbərin (s) belə dediyini buyuur: «Namazda artıq hərəkətləri haram edən təkbir
etməkdir. Artıq hərəkətləri halal ədən isə salam verməkdir». «Namaza başlayanda "Allahu əkbər” de!».
2 - Fərz namazı ayaq üstə qılmaq: Allahu Teala buyurur "Allaha itaət üçün ayağa qalxın" Həcc 77. Həmçinin Hz.Peyğəmbər (s) demişdir: "Namazı ayaq üstə qıl. Əgər bacarmasan otur qıl. Əgər bunu da bacarmasan
onda uzan qıl".
3 - Hər rükətdə Fatihə surəsini oxumaq: Hz.Peyğəmbər (s):"Fatihə surəsinin oxumayanın namazı da yoxdur"
4 - Rüku etmək və rükuda rahat olmaq: Uca Allah buyurur "Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə
qapanın".
5 - Rükudan qalxdıqdan sonra qamətini düzəltmək və rahat olmaq: Hz. Peyğəmbər (s): "Namaz zamanı rüku və
səcdə edəndə qamətini düzəltməyən kimsənin namazı düzgün deyil"
6 - Səcdə etmək və səcdədə rahat olmaq: "Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku ədin, səcdəyə qapanın;..." Pəyğəmbər (s):«Mənə yeddi əza üzərində səcdə etmək əmr olunmuşdur. Həmin əzalar: "Alın, sonra burnuna da
işarə etdi. İki əl, iki diz və iki ayağın baş tərəfi"
7 - İki səcdə arasında oturmaq və bu zaman rahat olmaq.
8 - Təşəhhüdə oturmaq: İbn Məsud deyir: Təşəhhüd vacib edilməmişdən öncə biz belə deyərdik: "Allaha salam
olsun. Cəbrailə və Mikaila salam olsun". Hz.Peyğəmbər dədi: "Belə deməyin. Deyin ki, əttəhiyyatu lillahi..."
9 - Sonuncu təşəhhüddən sonra Peyğəmbərə salavat dəmək.
10 - Salam vermək.
|