Sevgi hər zaman dünyaya həddən artıq dar baxış deməkdir. F.Bekon ~~~
Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar. H.Heyne ~~~
Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur. P.Bruast ~~~
Zəruri olanda- birlik, şübhəli olanda – azadlıq, hər şeydə məhəbbət var. A.Avqustin ~~~
Hamımız məhəbbər üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir. B.Dizraeli ~~~
Sevgidə yeganə qələbə qaçışdır. N.Bonapart ~~~
Ahıl yaşda eşq eybə çevrilir. O.Balzak ~~~
Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq. V.Publiy ~~~
Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. V.Hüqo ~~~
Bütün dünyada sevgi danışmaq həsrətindədir, lakin cürət etmir, çünki utanır. B.Şou ~~~
İlk məhəbbətin bütün sehri ondan ibarətdi ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq. B.Dizraeli ~~~
Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə ragmən sevirlər. V.Hüqo ~~~
Hər bir sevgi əbədi olmaq istəyir. E.M.Remark ~~~
Heç sevgi ilə ağılın ümumi bir cəhəti varmı? İ.V.Höte ~~~
Məhəbbət olan yerdə insanı sındıra biləcək əzab-əziyyət yoxdur. F.Dzerjinskiy. ~~~
Bir kişinin bir qadına aşiq olması kifayət oldu ki, dünya indi olduğu kimi olsun. Volter ~~~
Əgər siz sevdikləriniz uğrunda özünüzü qurban verməkdən başlarsanız, bu, özünüzü qurban verdiklərinizə nifrətlə bitər. V.Hüqo ~~~
Sevgi ölümdən qoruya bilmirsədə, heç olmazsa , həyatla barışdırır. H.Senkeviç ~~~
Əgər insan 40 yaşınadək aşiq olmayıbsa, o, bundan sonra daha aşiq olmasa yaxşıdır. B.Şou ~~~
Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür. H.Heyne ~~~
Əgər səni heç kim sevmirsə, dünyada yaşamaq ağılsızlıqdır. M.Qorkiy ~~~
Həyat o qədər məharətlə qurulmuşdur ki, nifrət etməyi bacarmadan, qəlbən sevmək olmaz. M.Qorkiy ~~~
Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb. F.Laroşfuko ~~~
Tale insana qarşı nə qədər qəddar olsada, insan nə qədər tərk edilmiş və tənha olsada, hər zaman, bəlkədə ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar. H.Lonqfello ~~~
Sevir, çünki sevir, sevmir, çünki sevmir – hisslərin və ehtirasların məntiqi qısadır. A.Hersen ~~~
Sevmək başqasına yaxşı hesab etdiyin nemətləri arzulamaqdır, həm də özün üçündeyil, sevdiyin üçün arzulamaq və mümkün qədər onu bu nemətlə təmin etməkdir. Aristotel. ~~~
Dostluqdada, sevgidədə əvvəl-axır hesablaşmaq vaxtı gəlir. B.Şou ~~~
Həyat - çiçəkdir, sevgi isə - onun şirəsi. V.Hüqo ~~~
Məhəbbət – ideal, nigah – real. Real və idealın qarışdırılması heç vaxt cəzasız ötüşmür. İ.V.Höte ~~~
Sevgi – ali sözdür, yaradılışın harmoniyası onu tələb edir, onsuz həyat yoxdur və ola da bilməz. A.Hertsen ~~~
Məhəbbət – nə keçmişi nə də gələcəyi tanımayan yeganə ehtirasdır. O.Balzak ~~~
Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır. F.Dzerjinskiy ~~~
Sevgi vardır, bizə çox dadlı əməllər gətirir, Fəqət həpsində qaranlıq gecələr kölgəsi var. Sevgilərdə qaranlıq bilməcələr kölgəsi var. M.Müşfiq ~~~
Eşqin tək dili gözlərdir onlar dodaqlar kimi yalan söyləməz. Anonim ~~~
Məhəbbəti heç bir dövlətlə almaq mümkün deyil. İ.F.Şiller ~~~
Hər aşiqə öz istədiyi yarı gözəldir, Hər bülbülə öz sevdiyi gülzarı gözəldir. İlqarı gözəl olmayanı istəməz aşiq, Can ver elə canana ki, ilqarı gözəldir. Ə.Vahid ~~~
Bütün əbədi olanlardan ən qısa müddətlisi sevgidir. Y.Vişnevskiy ~~~
Mən ki görməmişəm sevgini susan Məhəbbət zirvədə bəslənən qarmış. Kim deyir, bir dəfə sevirmiş insan, Sən demə hər dəfə sevmək olarmış. N.Kəsəmənli ~~~
Unudar fikirdə, xəyalda təkcə Unudmaz ürəkdən sevən – sevəni Mən özüm – özümə unut dedikcə, Özümü unudub sevirəm səni... B.Vahbzadə ~~~
Sən demə təzədən sevmək olarmış Tale də təzədən gülə bilərmiş, Küsüb gözü yaşlı gedən məhəbbət Peşiman – peşiman dönə bilərmiş. N.Kəsəmənli ~~~
Həyat bir damla sudursa, eşq bir damla göz yaşıdır. Anonim ~~~
Ağıl min gözlə baxırsa, sevgi bir gözlə baxır. Anonim. ~~~
Mən o şuxa güli – rəna deməyim, bəs nə deyim? Aşiqə bülbülü şeyda deməyim, bəs nə deyim? Mən əgər eşqidə məcnun deyiləm, bəs nəçiyəm? Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim? Ə.Vahid ~~~
Sən demə təzədən sevmək olarmış Sevgi fürsət deyil, quş kimi uça, Nə də yol gedir ki, qaçasan qova Ya da sən qovasan, o səndən qaça. N.Kəsəmənli
|