Kanadanın DeanMark şirkəti klassik manipulyatorsız
və istifadəçinin əlinə əlcək kimi geyilən AirMouse adlı kompüter
mausu təqdim edib. Maus istifadəçinin biləyinə və iki barmağına (şəhadət və orta) geyilir.
Hərəkətləri lazer vasitəsilə izləyən simsiz qurğu bir həftə
ərzində əlavə enerjisiz işləyə bilər. Şirkətin məlumatında
bildirilir ki, AirMause kursor hərəkətinin sürətini və dəqiqliyini
artırmaq imkanına malikdir. Yeni qurğu yalnız istifadəçinin əlinin mausun
idarə olunması zamanı xarakter vəziyyət alan zaman işləyir, Lenta yazır.
Yarım ildən sonra satışa çıxarılması planlaşdırılan AirMause-ın qiyməti
129 ABŞ dolları olacaq.
|