ABŞlı mütəxəssislərin etdiyi bir araşdırmada, kişilərin ilk fikirdə aşiq olmaları, 8.2 saniyə davam etdiyi təyin olundu. Seksual Davranışlar və Psixologiya jurnalında nəşr olunan araşdırmaya görə, kişi bu müddət içində qadına aşiq olur ya da olmur. Mütəxəssislərə görə, normal bir kişi 8.2 saniyədə qarşısındakı qadını bəyənib, bəyənmədiyinə qərar verir. Yəni, qadınların kişiləri cəzb etmək üçün çox qısa zamanları var. Qadın isə lüks avtomobilə baxır
İngiltərədəki Wales İnstitutu tərəfindən edilən araşdırmada, bahalı bir avtomobil içindəki bir kişinin, qadınlara daha cazibədar gəldiyi təyin olundu. Araşdırmada, 250 qadına eyni kişinin iki fotoşəkili göstərildi. Kişi ilk fotoşəkildə, Bentley marka avtomobilin içində, ikincisində isə Ford Fiesta ilə poza verirdi. Qadınların yarısından çoxu, ilk fotoşəkili daha cazibədar tapdı. Mütəxəssislərə görə qadınlar zəngin kişilərin uşağına daha yaxşı ata olacağına inanır
|