KEÇMİŞ VƏ GƏLƏCƏK
Haçansa oturub ağlayan zaman,
Özümə təsəlli axtarıram mən.
Fikirlər məni çox incidir yaman,
Sözümlə ovunmaq istəyirəm mən.
Deyirəm bəlkədə bu bir sınaqdı,
Səbr edib gözləyim sonunu bəlkə?
Səbrsiz olaraq dözməyən vaxtı,
Keçmişlər gözümdə canlanır nəsə…
Keçmişi düşünüb anmayan zaman,
Gələcəyimizə sizcə necə baxarıq?
Hər dəqiqə keçmisi anmasaq inan,
Vallah yerimizdəcə donub qalarıq.
Bizə yolumuzu göstərən odur,
Onun işarəsilə addım atiriq.
Nə edə bilərik həqiqət budur?
Keçmişi hər dəqiqə, hər an anırıq.
Əgər düşünməsək keçmişimizi,
Gələcək həyatı qura bilmərik.
Hər dəqiqə fikirə aparır bizi,
Onda da laqeyd qala bilmərik.
Bilin ki, bu çətin sınaqlı yolda,
Bizə yol göstərən keçmişimizdi.
Hər birimiz üçün bu çətin sonda,
İşıqlı və parlaq gələcəyimizdi!
Şeirin üstündə elədə çox işləməmişəm.Yazib sehvliklərine elede baxmamişam.ona görədə qüsürlar varsa üzr istəyirəm!!!