TOYLARA VƏ ŞOU-PROQRAMLARA NADİR HALLARDA QATILIRAM" "YENİ ULDUZ-2005" müsabiqəsinin qalibi İlhamə Qasımova artıq bir müddətdir ki, subaylığın daşını ataraq ikinci dəfə ailə həyatı qurdu. Sevdiyi şəxslə ailə quran və hazırki həyatından olduqca razılıq edən müğənni özünü xoşbəxt hiss edir. Lakin İlhamə nədənsə son vaxtlar şou-proqramlarda nadir hallarda iştirak edir: "Toylara da nadir hallarda gedirəm. Əslində həyat yoldaşım mənim sənətimi dəstəkləsə də, toylarda və şou-proqramlarda iştirakıma qadağa qoyub". Yaradıcılığından söhbət açan İlhamə albom çıxarmağı planlaşdırır. Eyni zamanda müğənni ifa etdiyi mahnılardan birinə klip çəkdirəcək. Konsertə gəlincə isə, o bildirdi ki, indi bu barədə düşünmür: "Hələlik buna lüzum görmürəm. Bir neçə hit mahnım var. Onlar həm radio, həm də efir vasitəsilə səslənir. Həm də şəxsi pulumu "raskrutka"ma xərcləmək istəmirəm. Hamıya məlumdur ki, bizim şou-biznesimiz maddi cəhətdən müğənniyə heç bir xeyir gətirmir. Qarşıda hələ illərim var və inşallah o zaman konsert verərəm. Artıq özümə əminəm ki, salona tamaşaçı toplaya biləcəm".
|