Mənim ailə qurmağıma hələ çox var". Rep ifaçısı Elşad Xose haqqında təzə xəbər yayılıb. Guya o, yaxın günlərdə subaylığın daşını atacaq. Bu günlərdə nişanlanan Elşad, artıq subaylığı ilə vidalaşacaq. Onun kiminlə evlənəcəyi isə gizli saxlanılır. E.Xosedən yayılan xəbərin doğru olub-olmadığını öyrənmək istədik. O, söylədi ki, başı hələ ki, yaradıcılıq işlərinə qarışıb: «Mənim də qulağıma çatıb belə sözlər. Əvvəl bir az əsəbiləşdim, sonra fikir vermədim. Siz deyin, sevmədən, toy olar? Yalandır, inanmayın. Mənim ailə qurmağıma hələ çox var. O insan hələ qarşıma çıxmayıb, nə zaman onu görsəm, o zaman evlənəcəyəm».
|