Associated Press-ə istinadən xəbər verir ki, ABŞ-ın Arizona ştatının sakini öz qızını tapançaya dəyişib. 33 yaşlı Tanya Naro bu "sövdələşməni” başa çatdıran kimi həbs olunub. Naronun 2 yaşlı uşağını satmağı planlaşdırdığını polisə onun ailə dostları xəbər veriblər. Polisin məlumatına görə, qadın sorğu zamanı etiraf edib ki, dostları uşağı ondan yaxşı tərbiyə edə biləcəklərini düşündüyünə görə belə bir addım atmaq qərarına gəlib. Öz qızını satan anaya həbs olunduqdan sonra "Uşaq satma” və "Qeyri qanuni silah əldə etmə” maddələri ilə cinayət işi açılıb.
|