Eurovision-2008” yarışmasının qalibi Dima Bilan ilə məşhur İsveç qrupu "Roxette” arasında mübahisə yaranıb. Yurmaladakı çıxışından və restorandakı şənlikdən sonra şənliyi davam etdirmək qərarına gələn Dima Bilan, mehmanxanada insanların yatdığını unudaraq musiqini çox gur səslə dinləməyə başlayıb. Elə bu zaman səsə oyanan "Roxette” qrupunun üzvləri qonşu nömrədə nəyin baş verdiyini öyrənmək və musiqini söndürmək üçün öz köməkçilərini həmin nömrəyə göndəriblər, lakin qapını açan olmayıb. Bundan sonra musiqiçilər milisi çağırmaq qərarına gəliblər. Yalnız milisin gəlməsindən sonra musiqini söndürmək mümkün olub.
|