Buraxdın bidən-birə, qanadlarım kəsildi......indi heçbirşeyəm.Sən mənsiz necesən, bilmirəm. Rahatmısan, xoşbəxtmisən, bu qədər tezmi meni unutdun?.... səni ilk dəfə görəndə Səni ilk andaca itirəcəyimdən qorxdum…Çünki sən mənim istədiyimdən də çox mənə yaxın gəldin… O son görüş..yadındadir? hiss edirdim o gün.. senin danışığindan..Qucaqlamaq istədim səni o gün.... Hətta metroda gedərkən əlimi tutdun..hələ heç vaxt əlimi elə tutmamışdın..ele bil bilirdin ki axrıncı dəfə tutursan əlimi... Gözlərim dolub,yenə dərinliyə gizlənən bir acı həqiqət qəlbimi sıxıb ağrıdır… Ağlamaq istəyirəm,amma bu sevgi üçün ağlamayacağıma söz vermişem...Sanki içimdə bir ağacı kökündən qırdılar.. Bilmirm sən günahgar oldun,yoxsa mən? Soyuq otaqlar,elvidalar,qaranliqlar,geceler qalib mene.Bilirəm sen də tənhasan,qelbin tənhadır...bəlkə də yox... bəlkə artıq nişanlanmısan...nişanlanırdın axı... Bizim buralarda artıq yağış yağmağa başladı.evveller yagış yağanda,qlbimden dərdləri yuyub aparardı,indi isə.... Artıq o hisslər yoxdur,yağışa dayanmadan yağ deyirəm,bəlkə bu dərdləri o yuyar deyirəm,amma artıq yağışda leysan etsədə bu dərdləri, bu yaraları yuya bilmir.uzaqdayam indi səndən...çox uzaqdayam...her şeydən,hər kəsdən uzağdayam... Nə vaxtsa qarşılaşacağıq bəlkədə,bəlkədə bir birimizə təbəssümlə, amma ağlayan qəlbimizlə baxacayiq, Bəlkədə tanımayacayiq birbirimizi,sadəcə hansısa bir rüzgar nəsə pıçıldayacaq qulağımıza,sonradan anlayacayıq bir birimizi gördüyümüzü.Bəlkədə o anda gizlənmiş bu sevgi qırılmış qəlbimizi birdaha parça parça edecek,xatirələr gözümüzün onundə firlanacaqlar,dayana bilməyəcək gözlər,bəlkədə yaş axacaq... Bir bax gəzdiyin yollar bele səni gözləyir... Söylə bir zamanlar mənə aid olan amma tutmasini bacarmadigim o isti əllerini indi başqaları tutur elədirmi? Səni başqaları qoxuyub başqası öpür eledirmi? Sən mənim hər şeyim idin... Gecələr boyu yuxusuz qaldim səni düışünməkdən..sənə bu məktubu yazmaq istiyirdim,amma bu isteyi qəlbimdə dərinliyə basırdım.Indi isə məktubum yazılıbdır,mektubum bir gün kim tərəfindən oxunacaq,bilmirəm... Oxuyanlar bəlkə güləcəklər,bəlkədə ağlayacaqlar,soruşacaqlar öz-özlerinə,bu sevginin nə kimi xatirələri olduğunu, bizim kim olduğumuzu,,sevgimizin uzun ehvalatını,amma bu bizim sirrimiz qalacaq.. .. Nə deyirsən bu da Allahın bir sınağı deyilmi bizim ucun? Sil göz yaşlarını! Nədən göz yaşların mənimkilərlə yarışır? Artıq sil göz yaşlarını..Demək ki, ayrılmağımızı istədin... Son olaraq ise kiçik bir istəyim olacaq sənden. Arxana dönüb gözü yaşlı gözlərin ile mənə baxma oldumu? Hər şey buradaca bitsin. ƏLVIDA!
|