Baxmayın güldüyümə toxunmayın ağlaram..... Baxmağın təsəlli verdiyimə,hər zaman bir təsəlli,ümid verici kəlmə möhtacıyam mən....... Baxmayın "Vecinə də alma" dediyimə hər şeyi ürəyimə salıb da,orda dərd qalası tikən mənəm .... Baxmayın "Unut getsin " dediyimə unutmaq üçün ölüm dirim savaşındayam....qəlbimlə,gözlərimlə,beynimlə....3-ə qarşı təkəm mən.Uduzuram deyəsən...!!!Unutmamaq kimi bir nəhlətə tutulmuşam mən..... Baxmayın "GÜCLÜYƏM " DEDİYİMƏ ZƏİFLƏRİN ZƏİFİYƏM....Özümü aldadiram güclüyəm deyə.....Bəzən içimdəki ümmanlar qədıər gücü bir andaca yox edirəm... Baxmayın gözlərimdəki həyat eşqinə onlar bir zamanlar gözlərimdə doğan xoşbəxtlik günəşindən qalan kiçik qığılcımlardır....Mən də o qığılcımların təsəllisi ilə yaşamaq üçün gəlmişəm bu dünyaya... Baxmayın ərköyünlüyümə,baxmayın şıltaqlığıma içimdə hər şeyə güzəştə gedən birdən-birə böyüyən bir "Mən" var...Tez böyüdüm axı mən...?! Baxmayın tərsəm dediyimə o tərsliyimi də firladib atmağı bacardim mən... Baxmayın ətrafımın insanlarla dolu olmağına təkəm mən....Zülmətdə olan qığılcım qədər təkəm mən...... Baxmayın çox dəyər verirəm,baxmayın çox istəyirəm qırıldısa bu ürək "1 dəfə"silərəm mən bütünlüklə. . Baxmayın alov kimi görünürəm hər yeri yandiriram..Kül qədər sönüyəm mən.... Baxmayın daima harasa tələsdiyimə gözləyənləri varmış kimi...Tələsməyə yerim yox...Sadəcə zamandan qaçıram..görmək istəmədiyim reallıqdan qaçıram.. Baxmayın güldüyümə toxunmayın ağlaram...Amma yenə də,Yenə də həmişəki kimi ürəyimdə ağlaram....Çünki mən əslində ürəyimdə yaşaram...Gerçəklikdə yox ki?! İçinizdə shər kəsdən gizli yalnız özünüzün tanıdığı bir "Sizlə" söhbət etdinizmi?
|