Novruz baryarmı əvvəl bildirdiyimiz kimi dörd əsas çərşənbəni özündə birləşdirir. Bunlardan ikincisi Od çərşənbəsidir. Hər çərşənbə axşamı tonqal qalanır, lakin bu çərşənbə günün özünə məxsus olan xüsusiyyətləri digərlərindən tamamilə seçilir. Bu günü məhz od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha spesifik özəlliyi vardır. Od çərşənbəsi elimizin adət ənənələrinə görə "Üsgü çərşənbə” də adlanır. Qədim zamanlardan Novruz bayramı bu çərşənbələrlə tanınır və məhz ikinci çərşəbənin odun adı ilə bağlı olması da məncə təsadüf deyildir.
Bayramınız mübarək