Tənə də, giley də daha əbəsdir Bu sirli röyadan ayrılaq gərək Ya sən gecikmisən, ya mən tələsdim İndi sevə-sevə ayrılaq
Könlüm gizli-gizli yanacaq indi Bir damla göz yaşın dənizdi mənə Bizə xatirələr qalacaq indi Sənin xatirən də əzizdir mene
Bilirəm bu həsrət üzəcək səni Calış kölgə kimi sürünməyəsən Gözlərim hər zaman gəzəcək səni Calış gözlərimə görunməyəsən
Bir hissin altında döyünür ürək səni düşünürəm səndən xəbərsiz Kaş biləydim ki, sən də mənim tək Məni düşünürsən məndən xəbərsiz
|